Reklam verin!

AZƏRBAYCAN QIZLAR MUSİQİ

QRUPU

İLK DÖNƏ ÇIXIŞ ETDİ


İRANDA İLK QIZLAR MUSİQİ QRUPU TƏBRİZDƏ YARANMIŞDIR  

Keyhan gündəliiyinin Təbriz xəbər yazanı:   Azərbaycan  qızlar musiqi qrupu  Təbrizdə  umudsuz və əlil  qızlar  üçün ilk hünəri çıxışlarıilə rəsmi halda fəaliyyətə başladılar.Fizuli kitabxanasına bağlı olan bu qrupa 22 sənətkar qız toplanıb ki ilk çıxlşlarında Şərqi Azərbaycan Behzisti sazmanına bağlı şəhid Müfətteh adlı gecə - gündüz saxlanılan umudsuz qız , zehni xəstəlikləri olan qızlara yardım edən “şəhid Fəyyaz bəxş” adlı toplumun xəstələri , Qızıl Ay paraya bağlı olan şəhid Qazi Təbatəbayi adına yiyəsiz uşaqlar becərmə mərkəzinin qızlarına və “Təbriz 29 Bəhmən xstəxanası”nın xanım işçiləri üçün Azəri musiqisi icra etdilər. 

Keyhan Gündəliyi Qızların Çıxışını yazıb

   Bu şənlik törənində , Molla Məhəmməd Fizuli kitabxanasının təməl daşını qoyan və ustanın işçilər idman – mədəniyyət toplusunun ; hünəri – fərhəngi məs`ulu olan Rza Əfşar öz çıxışında , 1992-ci ildə Molla Məhəmməd Fizuli adına qurulan kitabxanadan söz açaraq dedi : Ustanda Ən böyük medeni qurup 1993-ci ilin yaz fəslində 300 tə`əhhüdlü sənətkarin toplanmasıilə şəkillənib .      O dedi : - Molla Məhəmməd Fizuli kitabxanasına bağlı olan bu mədəni qrupun sənətkarları könüllu olaraq       çalışıb və öz hünəri çıxışlarında əmək haqqı yerinə kitab alıb və kitabxanaya pay verirlər . O artırdı : - Bu qrup ustan məs`ullarınin maddi və mə`nəvi yardımları olmadan ; kutlənin ruhi durumun durultmaqda güclü dirənməklə çalışır .    

  Bu törənin ardinda numayiş , yarış və kiçik uşaqlar musiqi qrupu ; Azerbaycan köklü musiqi icra edərək hamının marağın qazandılar.      Azərbaycan qızlar musiqi orkestrin ilk quruluşun sənətkarları belə olmuşdur:

Tarda : Ladən ruhiye Lalə , niku Seyrəfi , Aygün Mənsuriyan , Sona Həriri , Aytək Mutməin və sevda hadi .Kamançada : Durna Maralbaş , Lalə Şatiriyan , Rəf`ət Zahidifər , və Solmaz Şatiriyan .Qarmanda : İlqar Mənsuriyan , Solmaz İrani , Elnaz Sə`adət bəxş .Nağarada : Elnaz Əliyyun ,Sara Sadiqi və Şəhrzad Qəssabpur .

Qoşa nağarada : Bəharə Şatiriyan .

Akardeonda : Gülnaz Gülşəne Xəlili

Korda oxuyanlar : Elnaz İrani , Ulduz Əşkrize həq , Tərlan Sultaniye Kəlhor və Laçın Hadi.


Açar sözlər:

Yazar: ovshar | Tarix: May 21, 2008 15:19 | MUSİQİ | Şərhlər(2) | Baxış sayı: 162

Şərhlər

1
Bir yazıb:

Sizi Alqishdamaq lazimdi ugurlar.

İyun 6, 2008 14:28
2
dilek yazıb:

yaptığınız iş hem kızlar için hem iran için büyük bir yenilik umarım yolları açık ve umarım daha güzel işlere imza atarlar


**********

Səlam Dilək xanım!
Blogıma baş çəkdiyinizə görə öz minnətdarlığımı bildirirəm.Sizə başarılar diləyirəm.Sağ olun.

İyun 20, 2008 2:59

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha